Təqaüdçü fırıldaqçılara avtomobil və 9 milyon rubl verib..?

29 İyul 2024 00:46 (UTC+04:00)

...73 yaşlı moskvalı fırıldaqçılara “Mitsubishi Outlander” markalı avtomobil və 9 milyon rubl verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, pensiyaçı məlum sxem üzrə aldadılıb.

Paytaxt prokurorluğundan verilən məlumata görə, həmin şəxsə saxta hüquq-mühafizə orqanının əməkdaşı zəng edib və ona qarşı bəzi qanunsuz hərəkətlər etmək cəhdi barədə məlumat verib.

Daha sonra özünü bank işçisi kimi təqdim edən cinayət ortağı zəng edib, o, təqaüdçünü hesablarından vəsait çıxarmağa və bununla yanaşı, kredit götürməyə razı salıb.

Maraqlıdır ki, ali təhsilli moskvalının aldadılması bununla bitməyib.

Fırıldaqçılar təqaüdçünü “Mitsubishi Outlander” avtomobili ilə bağlı da aldadıblar. Belə ki, təqaüdçü onu satıb cinayətkarlara pul köçürməli imiş.

Əli Babayev