...Polina Qaqarina İvan Oxlobıstin və müğənni Şamanla birlikdə iyunun sonunda sanksiyalara məruz qalıblar. Qeyd edək ki, bu Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 14-cü sanksiyalar paketidir.
Beləliklə. Qaqarinanın mahnılarını artıq Apple Music-də dinləmək mümkün deyil.
Thevoicemag.ru portalı yazır ki, onlar Spotify xidmətindən də yoxa çıxıblar. Sənətçi musiqiyə belə qadağa qoyulmasından hiddətlənib.
...Sanksiyalar musiqimə təsir edənə qədər məni heç maraqlandırmırdı. Mən inanıram ki, musiqi, hər hansı bir sənət kimi, şəfa və ilham vermək üçün yaradılmışdır! Məni sevən insanlar isə onu dinləməyə və asanlıqla tapmağa davam etməlidirlər! Heç kimin musiqiyə qadağa qoymağa ixtiyarı yoxdur, ona görə də mən yenə də öz sözümü deyəcəyəm.
Bunu Qaqarina deyib.
Nazlı Almuradova