Kolorektal xərçəng riskini azaldan meyvə...

28 İyul 2024 23:05 (UTC+04:00)

...Həzmi yaxşılaşdıran və kolorektal xərçəng riskini azaltmağa kömək edən qidalar var.

Amerikalı dietoloq Nikol Endryus onlardan biri haqqında danışıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Vm.ru” yazır.

Deməli, həkimin sözlərinə görə, pəhrizinizə armud əlavə etməlisiniz. Çünki onun tərkibində kolorektal xərçəng riskini azaltmağa kömək edən pəhriz lifi var. Armud həmçinin qan şəkərinin səviyyəsini saxlamağa kömək edən lif, antioksidanlar və qidalarla zəngindir.

Həkim deyir ki, hər həftə armud yeyirsinizsə, şəkər xəstəliyinə tutulma riskini də 3 faiz azalda bilərsiniz.

Bundan əlavə, armud C vitamini, qan laxtalanmasını və sümük sağlamlığını dəstəkləyən K vitamini ilə zəngindir, Bunu da diyetoloq əlavə edib.

Nazlı Almuradova