Avropanın yeni avtomobil bazarında ən populyar modelin adı açıqlanıb

28 İyul 2024 23:37 (UTC+04:00)

...Bazarda Renault-dan ən ucuz Dacia modeli ilə elektrik krossoveri Tesla Model Y arasında qarşıdurma ilk dəfə deyil. Bununla belə, bu dəfə büdcəli avtomobil qalib gələrək satış reytinqində birinci olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, MotorsActu-nun məlumatına görə, Avropada büdcə Dacia Sandero 2024-cü ilin əvvəlindən yeni avtomobil bazarında ən populyar avtomobil olub.

Bu avtomobildən hələ ki, 143.596-ni satılıb. Eyni zamanda, əvvəllər liderə çox yaxın olan Tesla Model Y elektromobili səkkizinci yerə düşüb.

...Hər cəhətdən fərqlənən modellər 2023-cü ildə satış reytinqlərində avropalı alıcıların pulqabıları uğrunda yarışıb. Bu avtomobillərin auditoriyası tamamilə fərqlidir və heç bir şəkildə üst-üstə düşmür.

Məsələ həm hər bir avtomobilin istehlak keyfiyyətində, həm də qiymətindədir. Dacia Sandero-nun qiyməti təxminən 10.000 avrodan başlayır. Tesla Model Y isə ən azı 45.000 avroya başa gəlir

. Qiymət fərqi 4,5 dəfədir! Bununla belə, Avropa bazarında bu iki model əvvəllər satış reytinqlərində hər kəsdən daha yaxın idi.

Nazlı Almuradova