Adel ikinci dəfə ərə gedir..?

27 İyul 2024 21:25 (UTC+04:00)

...Bu yaxınlarda böyük səhnədən getməyə qərar verən məşhur britaniyalı müğənni Adel ikinci dəfə ailə qurur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Sun yazır.

Ulduzun və onun seçdiyi idman agenti Ricci Paulun münasibətlərini rəsmiləşdirməsi ilə bağlı şayiələr uzun müddət idi ki, gəzirdi. Lakin bu yaxınlarda xarici media cütlüyün restorandan çıxarkən yeni fotolarını çəkə bilib.

Adel üzünü kameralardan gizlədib, lakin bu yolla barmağındakı bahalı üzüyü nümayiş etdirib və gəlinlik statusunu təsdiqləyib.

İnsayder qeyd edib ki, evlilik təklifi ötən həftə olub.

...Ricci ona inanılmaz dörd karatlıq brilyant üzük hədiyyə edib.

...Şayiələrə görə, cütlük 2025-ci ilin sonunda evlənməyi planlaşdırır.

Nazlı Almuradova