“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb

27 İyul 2024 13:53 (UTC+04:00)

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarına uğurla başlayıb. SİA xəbər verir ki, idmançımız 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü olaraq 1/4 finala vəsiqə qazanıb.

Diana Dımçenko 1/4 finaldakı mübarizəsinə iyulun 29-da çıxacaq.