Naxçıvanda 3 tondan çox çətənə kolu məhv edilib

26 İyul 2024 19:53 (UTC+04:00)

Naxçıvanda narkotik tərkibli bitkilərin tapılaraq məhv edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, muxtar respublikada polis əməkdaşları Culfa, Şərur və Şahbuz rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 3,2 ton olan, 89 min 890 ədəd çətənə kolunu aşkar edərək məhv edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.