Rəşad Sadıqov: Oyunun taleyi Slovakiyada həll olunacaq

25 İyul 2024 22:46 (UTC+04:00)

“İlk oyundan sonra danışmaq hər zaman çətin olur”.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Slovakiyanın “Dunayska Ştreda” komandasını 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, səfərdəki oyunun çətin keçəcəyini bildirib: “Çox güclü azarkeş dəstəyi olan komandaya qarşı oynayacağıq. Rəqib sonadək döyüşən komandadır. Matçın taleyi Slovakiyada həll olunacaq. Çünki bu, futboldur. Meydanda gördük ki, onlar 60-cı dəqiqədən sonra bizə təhlükəli anlar yaşatdı”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.