Azərbaycan basketbol millisi qrup lideri kimi yarımfinala yüksəlib

25 İyul 2024 20:53 (UTC+04:00)

Azərbaycan basketbol millisi Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatının “C” divizionunda son qrup oyununa çıxıb.

SİA xəbər verir ki, B qrupunda qərarlaşmış yığmamızın rəqibi Ermənistan seçməsi olub. Görüş milli komandanın 76-69 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu Azərbaycan kollektivinin üzvü Derin Berköz (18 xal, 5 asist) seçilib. Yığma bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb.