Azərbaycanlı gənc nüfuzlu beynəlxalq forumda iştirak edib

25 İyul 2024 20:35 (UTC+04:00)

İyulun 25-də 65-ci London Beynəlxalq Gənclər Elm Forumunun (London International Youth Science Forum) açılış mərasimi keçirilib.

SİA xəbər verir ki, tədbirdə iştirak etmək üçün 81 ölkədən 420 gənc seçilib. Azərbaycanı tədbirdə Hüseyn İldırımzadə təmsil edib.

Hüseyn İldırımzadə Bakı Britaniya məktəbində təhsil alıb. O, hazırda Britaniyanın Taunton məktəbində təhsilini davam etdirir.

Qeyd edək ki, forumun himayədarı Britaniya Kralı III Çarlzın bacısı Edinburq şahzadəsi Anne Elizabetdir. İki həftə davam edəcək forumda iştirakçılar Britaniyanın aparıcı ali təhsil ocaqlarını, elmi- tədqiqat mərkəzlərini ziyarət edəcək, seminar və mühazirələrə qatılacaqlar.