Ərdoğan mərakeşli filosof Taha Əbdürrəhmanı qəbul edib

25 İyul 2024 20:04 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb dünyasının görkəmli mütəfəkkirlərindən biri olan mərakeşli filosof, professor Taha Əbdürrəhmanı qəbul edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Prezident İqamətgahında baş tutan görüşdə Taha Əbdürrəhmanın həyat yoldaşı da iştirak edib.