Apple tezliklə qapaqlı dizaynlı iPhone təqdim edəcək

25 İyul 2024 23:43 (UTC+04:00)

Apple şirkəti ilk qatlana bilən smartfon üzərində işləyir. Koreya mənbələri Amerika şirkətinin gələcək qatlanan telefonu dəqiq necə gördüyünü və onun bazara nə vaxt çıxacağını bildirib.

Son aylarda Apple-ın qatlanan smartfonu üçün hissələri sifariş etmək üçün Asiyadakı təchizatçılara müraciət etdiyi bildirilir. SİA-nın əldə etdiyi məlumata görə, cihaz 2026-cı ildə bazara çıxmalıdır, bu vaxta qədər Apple kameraya təkmilləşdirmələr hazırlayacaq və dəyişən apertura əlavə edəcək.

Məlumdur ki, ilk qatlanan iPhone Samsung Galaxy Z Flip-ə bənzəyəcək, yəni qapaqlı forma faktoruna sahib olacaq. Mənbə yazır ki, bu dizayn Galaxy Fold-da istifadə olunan “kitab” forma faktorundan və digər şirkətlərin təkliflərindən daha praktik və istifadəçi dostudur.

Nazlı Almuradova