Pelageyanın keçmiş əri “kürəyindən bıçaqlanıb”..?

25 İyul 2024 23:05 (UTC+04:00)

Bu yaxınlarda müğənni Pelageya keçmiş əri, xokkeyçi İvan Telegini bütün ölkə qarşısında aşağıladı. O, idmançının ümumi qızlarına Rusiyanı tərk etməyi qadağan etdiyini söylədi. Qız isti ölkəyə istirahətə getməli idi, lakin hava limanında onu geri qaytardılar. Pelageya körpənin acı ağladığını lentə də alıb.

İndi belə çıxır ki, İvan Teleqinin özü də Rusiyanı tərk edə bilməz. Məlum olub ki, onun 60 milyon rubldan çox borcu var.

SİA-nın SHOT teleqram kanalından əldə etdiyi məlumata görə, məhkəmə icraçıları xokkeyçini ipoteka borcuna görə axtarırlar.

Bir neçə il əvvəl İvan Telegin və Pelageya Moskva yaxınlığındakı Barvixanın mərkəzində 740 kvadratmetr sahəsi olan dəbdəbəli malikanə aldılar.

İçəridə türk buxarxanası, dizayner mebeli, bahalı mərmər və kül kaplama ilə tamamlanan spa sahəsi var.

Lakin boşandıqdan sonra xokkeyçi ipotekanı ödəməyi dayandırıb və bu səbəbdən onun barəsində icra işləri başlayıb. Həmçinin Avangard ulduzun bir neçə il əvvəl yeddi milyon rubla aldığı BMW X5 avtomobili də müsadirə olunub.

Yada salaq ki, Pelageya ilə ayrıldıqdan sonra İvan Telegin uzun müddət tənhalıqdan əziyyət çəkmədi.

İndi o, Mariya Qonçarla evlidir. Deyirlər, bu yaxınlarda onun uşağını dünyaya gətirib.

Nazlı Almuradova