Xalq artisti Ağadadaş Ağayev və mühafizəçiyə ittiham verilib

25 İyul 2024 17:02 (UTC+04:00)

Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin xuliqanlıq hərkətləri ilə bağlı başlanan cinayət işi üzrə polis idarəsində istintaq davam edir. SİA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.