Dörd yaşlı uşaq kanalda boğulub

25 İyul 2024 09:26 (UTC+04:00)

Sabirabad rayonunda azyaşlı uşaq kanalda boğulub. SİA xəbər verir ki, hadisə Bala-Həşimxanlı kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü Yusif Penciyev evlərinin həyətində oynayarkən yaxınlıqdan keçən kanala düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.