Salyanda yol qəzası olub, xəsarət alanlar var

24 İyul 2024 23:43 (UTC+04:00)

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb. Qəza zamanı xəsarət alanlar - Orxan Dadaşov, Ramil Yolçuyev, Xəyal Dadaşov, Pərvin Həsənov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.