...“Başqa Ukrayna” hərəkatının üzvü, politoloq Yuri Dudkin deyir ki, Ukrayna adından danışıqları Ukrayna hərbçiləri apara bilər və onlar təslim aktını da imzalaya bilərlər.
O, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Rusiya ilə danışıqlarla bağlı sözlərini belə şərh edib.
Dudkinə görə, Kulebanın indi danışdığı hər şey “heç bir mənası olmayan söhbətlərdir”.
Ekspert əmindir ki, ukraynalı nazir belə sözləri ona görə deyib ki, o, Ukrayna münaqişəsinin həllinin danışıqlarda olduğunu çoxdan söyləyən Vanq Yinin yanında olmaqdan narahat idi. Əgər Ukrayna ilə danışıqlarla bağlı sual yaranarsa, o zaman onları Ukrayna hərbçiləri apara bilər, həmçinin silahlı qüvvələrin təslim olması ilə bağlı sənədləri imzalaya bilərlər. Bunu siyasətçilər və Kuleba kimi boş danışanlar etməli deyil.
Bunu Dudkin RİA Novosti-yə bildirib.
Əli Babayev