Suriyanın şimalında 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib

24 İyul 2024 18:23 (UTC+04:00)

Suriyanın şimalındakı ''Zeytun budağı'' əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK/YPG-nin 3 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, qəhrəman Türkiyə Silahlı Qüvvələrinin terrora və terrorçulara qarşı mübarizəsi fasiləsiz davam edir.

Açıqlamada həmçinin bu ifadələrə yer verilib: "Zeytun budağı'' əməliyyatı bölgəsində aşkarlanan 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terrorun mənbəyində məhv edilməsi mövzusunda qətiyyətliyik''.