Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. SİA xəbər verir ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 5 saylı Babək-Naxçıvan-Culfa və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin komissiyalarının tərkibində dəyişiklik qərara alınıb.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.