Afrikanın problemləri fəaliyyətimizin mərkəzindədir - COP29 sədrliyi

24 İyul 2024 16:21 (UTC+04:00)

COP29 komandası bir çox maraqlı tərəfləri bir araya gətirən karbon bazarları ilə bağlı Afrika konfransında iştirak edib. SİA xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, konfrans çərçivəsində COP29 sədrliyi Paris Sazişinin 6-cı Maddəsinin praktiki icrasını nəzərdən keçirib.

Bununla yanaşı, Afrikanın ehtiyaclarının COP29 sədrliyinin fəaliyyətinin və səylərinin mərkəzində olduğu bildirilib.