Bu gün, 24 iyul tarixində Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində Radisson oteldə dəyirmi masa keçirilir. SİA xəbər verir ki, qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova iştirak edirlər.