İyulun 24-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 20-25° isti olacaq.