Barış Mançonun Belçikada tapılan avtomobili Türkiyəyə gətirilir - FOTOLAR

24 İyul 2024 08:40 (UTC+04:00)

Barış Mançonun oğulları Doğukan və Batıkan 3 il əvvəl Belçikada fırtına zamanı yararsız hala düşən ataları Barış mançonun avtomobilini tapıblar. SİA xəbər verir ki, 1991-ci il model Honda Prelude avtomobili zədələnmiş halda yararsız avtomobillərin olduğu anbarda tapılıb. Sənətçinin övladları avtomobili İstanbulun "Moda" səmtində yerləşən Barış Manço Muzeyinə gətirmək üçün məhkəmə prosesi başladıblar.

Qərardan sonra avtomobil sponsor logistika şirkəti tərəfindən konteyner vasitəsilə dəniz yolu ilə Türkiyəyə göndərilib.