Tanınmış aktrisa çəkiliş meydançasında qəza keçirdi

24 İyul 2024 07:44 (UTC+04:00)

Türkiyəli aktrisa Birce Akalay "Mezarlık" serialının çəkilişləri zamanı yıxılaraq sinəsindən xəsarət alıb. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, təcili olaraq xəstəxanaya çatdırılan Akalayı sevgilisi Hakan Kurtaş tək qoymayıb. Müayinələr nəticəsində xəsarətin yüngül olduğu məlum olub.