Rumıniyada quraqlıq hökm sürür. SİA xəbər verir ki, ölkənin 450 yaşayış məntəqəsində, o cümlədən Dorohoi, Tarqu Neamt, Tarqu Okna, Roman, Paskani, Hirlau və İaşi şəhərlərində su təchizatında məhdudiyyətlər tətbiq edilib. Mərkəzi su təchizatının olmayan 251 yaşayış məntəqəsində quyular quruyub. Quraqlıqdan ən çox əziyyət çəkən rayonlar Botoşani, İaşi, Alba və Qorj olub.
Rumıniyanın Çernavoda atom elektrik stansiyasında su təchizatında heç bir problem yaranmayıb.
“Rumıniya suları” milli administrasiyasının nümayəndələri əhalini suyu, xüsusən də içməli suyu rasional istifadə etməyə çağırırlar.