...Cəmi beş-səkkiz ildən sonra Rusiya NATO ilə müharibəyə hazır ola bilər. Bu barədə Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi, general Karsten Breuer bildirib.
SİA xəbər verir ki, onun sözlərini Tagesspiegel sitat gətirir.
...Beş-səkkiz ildən sonra Moskvanın silahlı qüvvələri NATO ərazisinə hücum etmək üçün material və şəxsi heyətlə təchiz olunacaq... Onda Rusiyanın belə imkanı olacaq.
Bunu deyən almaniyalı general əlavə edib ki, Rusiya Federasiyası tank istehsalında alyans ölkələrindən üstündür. Breuer qeyd edib ki, Rusiya ordusu hər il bu döyüş maşınlarından 1000-dən 1500-ə qədər alır, halbuki Avropada NATO-ya üzv olan beş ən böyük dövlət bu sayın yalnız yarısına malikdir.
...İyulun 22-də Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, Qərb ölkələri Rusiya ilə birbaşa hərbi toqquşmaya fəal şəkildə hazırlaşır. Onun sözlərinə görə, bunu hərbi hazırlıq və onların həyata keçirilmə üsulundan da görmək olar. Siyasətçi vurğulayıb ki, Qərb hazırda birbaşa toqquşmaya hazır olmadığı üçün başqası vasitəsilə Moskvaya qarşı hərbi əməliyyatlar keçirməyə üstünlük verir.
Əli Babayev