...Estoniyanın yeni baş naziri Kristen Mixal ölkə hökumətinin Ukraynanı müharibədə qalib gələnə qədər dəstəkləyəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.
...Ukrayna bu müharibədə qalib gələnə qədər onu dəstəkləyəcəyik. Biz uzun müddətdir ki, bu müharibədəyik və ümid edirəm ki, bizim müttəfiqlərimiz də olacaq.
Bunu Estoniya hökumətinin başçısı bildirib.
Mixalın sözlərinə görə, hökumət sentyabra qədər hazırlanacaq plana əsasən, Estoniya üçün sursat alınması üçün təxminən 1 milyard avro cəlb etməyə cəhd edə bilər.
...Düşmənlərimizə mesaj: Estoniya yaxşı qorunur, biz müdafiə xərclərimizi artıracağıq.
Estoniyanın yeni baş naziri deyib bunu.
Əli Babayev