Polşa 150 ədəd zirehli avtomobil alacaq

23 İyul 2024 21:16 (UTC+04:00)

Polşa hökuməti “Şərq qalxanı” proqramı çərçivəsində 150 ədəd zirehli avtomobil alacaq, o cümlədən Rusiya və Belarusla sərhədlərdə əlavə pilotsuz uçuş aparatları (PUA) yerləşdirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Polşa Milli Müdafiə Nazirliyinin “X” hesabında bildirilib.