...ABŞ prezidenti Cozef Bayden çərşənbə günü, iyulun 24-də seçki yarışından çəkilməsilə bağlı çıxış edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Washington Post” yazıb.
Bildirilir ki, bu çıxış Baydenin 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərində iştirakdan imtina etməsi barədə qərarının məlum olduğu gündən bəri ilk dəfə ictimaiyyət qarşısında çıxışı olacaq.
Amerika lideri koronavirus diaqnozu qoyulduqdan sonra ötən həftəni ölkə iqamətgahında keçirib. Bu, Baydenin kritik sağlamlıq vəziyyəti və hətta ölümü ilə bağlı geniş yayılmış şayiələrə səbəb oldu. ABŞ prezidentinin vətəndaşlara qarşıdakı müraciətinin təfərrüatları hələlik açıqlanmayıb.
Bir gün əvvəl NBC məlumatlı mənbələrə istinadən Baydenin amerikalılara müraciət hazırladığını və Vaşinqtona qayıtdıqdan sonra dərhal danışacağını bildirmişdi.
Kanalın məlumatına görə, müraciətin Ağ Evdə olacağı ehtimal edilir. Lakin onun təfərrüatları məlum deyil.
Media mənbələri iddia edir ki, Bayden həqiqətən də çərşənbə axşamı qayıtmaq istəyirdi, lakin onun ətrafı həkimin prezidenti müayinə edib buna icazə verməsini gözləyir.
Əli Babayev