Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır

23 İyul 2024 19:55 (UTC+04:00)

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidməti jurnalistlərin sorğusuna cavab olaraq bildirib. Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.