Türkiynin xəzinə və maliyə naziri Mehmet Şimşək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək G20-yə üzv ölkələrin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin toplantısında iştirak edəcək.
Mehmet Şimşək 25-26 iyul tarixlərində keçiriləcək toplantıya Mərkəzi Bankın sədri Fatih Karahan ilə qatılacaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, toplantı bu il nazirlər səviyyəsində keçirilən üçüncü G20 tədbiri olacaq.
Nazir Mehmet Şimşəyin G20 toplantısı çərçivəsində keçiriləcək "Qlobal iqtisadi görünüş və davam edən sınaqlar" adlı sessiyada qlobal iqtisadiyyat və Türkiyə iqtisadiyyatını qiymətləndirəcəyi gözlənilir.
Mehmet Şimşəyin toplantılarla yanaşı, həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.
G20 toplantısında qlobal iqtisadi baxış, maliyyə sektorunun perspektivləri ilə maliyyə inklüzivliyi, vergi siyasətlərində beynəlxalq əməkdaşlıq, iqlim dəyişikliyi ilə davamlı inkişaf məqsədləri, çoxtərəfli inkişaf banklarında islahatlar və qlobal borclanma kimi məsələlər müzakirə olunacaq.