“VI çağırış Milli Məclis üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışdı. Ötən müddət ərzində parlament diplomatiyasının daha da genişlənməsini müşahidə etdik. Sözsüz ki, artıq növbədənkənar parlament seçkiləri elan edilib, proseslər başlayıb. Bu dəfəki seçkinin digərlərindən fərqi ondadır ki, bu parlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycanın bütün suveren ərazilərində parlament seçkiləri üçün ilk dəfə olaraq məntəqələrin təşkili reallaşacaq: “Cənab Prezidentin rəhbərliyi Azərbaycanın suverenliyinin tam bərpa olunması artıq seçkilərin ərazilərimizdə tam olaraq təşkilinə şərait yaradır.
Azərbaycan beynəlxalq tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi edəcək. Həmin müddətək Milli Məclisin yeni tərkibi formalaşacaq. Növbəti dövrlərdə də parlament diplomatiyasının daha da güclənməsi, qanunvericilik bazasının daha da möhkəmlənməsi həyata keçiriləcək. Buna görə də VII çağırış Milli Məclisin qarşısında kifayət qədər vacib və prioritet məsələlər dayanır”.