Dünyanı gəzən youtuber Tatyana Rusozolina Muğlada dünyasını dəyişib

23 İyul 2024 16:04 (UTC+04:00)

Muğlanın Milas rayonunda eyni istiqamətdə hərəkət edən iki motosikletin toqquşması nəticəsində dünya turuna çıxan rus sosial media fenomeni Tatyana Ozolina (38) həyatını itirib, digər sürücü Onur Obuk (29) isə ağır yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza dünən saat 17:30 radələrində Söke-Milas avtomobil yolunda baş verib. Onur Obukun idarə etdiyi 01 ATM 970 nömrə nişanlı motosiklet Milas istiqamətində hərəkətdə olarkən rusiyalı sosial media fenomeni Tatyana Ozolinanın idarə etdiyi 4898 AM 55 nömrə nişanlı motosikletə arxadan çırpılıb. Sürüşən motosikletlər maneəyə çırpılıb.

Xəbər üzərinə çoxlu sağlamlıq və polis qrupları bölgəyə sövq edilib. Həkimlərin müayinəsindən sonra Ozolinanın öldüyü müəyyən edilib. Ağır yaralanan Onur Obuk Milas Dövlət Xəstəxanasına çatdırılıb. Obukun səhhətinin ağır olaraq qaldığı bildirilib.

Tatyana Ozolinanın cansız bədəni yarılma üçün Muğla Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Bir müddət əvvəl dünya turuna çıxan Özolinanın bu çərçivədə Türkiyəyə gəldiyi bildirilib. Qəza ilə bağlı araşdırmalar davam edir.