Prezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı təsdiqləyib

23 İyul 2024 16:02 (UTC+04:00)

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. SİA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.