Dövlət İmtahan Mərkəzinin fəaliyyəti təkmilləşdirilir. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” fərmanda dəyişiklik edib.
Dəyişikliklə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.
Həmçinin DİM-in fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.