Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqu Günay Məmmədova 27 may 2024-cü il tarixindən Türkiyənin İstanbul şəhərində “Mehmet Akif Ersoy Goğuş Kalp və Damar Cerrahisi Eğitim və Araştırma” Xəstəxanasında tranesofageal və invaziv kardiologiya üzrə təkmilləşdirmə kursunda iştirak edir. Günay həkim“Mehmet Akif Ersoy Goğuş Kalp və Damar Cerrahisi Eğitim və Araştırma” Xəstəxanasının tibb heyəti ilə birgə Angioqrafiya, Stent implantasiyası, mitral balon, TAVİ, qulaqcıqlararası çəpərin invaziv yolla bağlanması, tranezofageal exokardioqrafiya və digər əməliyyatlarda iştirak edir. Qeyd edək ki, kurs 23 avqust 2024-cü il tarixədək davam edəcək.