İraqda terrorda təqsirləndirilən 10 nəfər edam olunub

23 İyul 2024 02:10 (UTC+04:00)

İraqda terrorda və terrorçu təşkilata üzv olmaqda təqsirləndirilən 10 nəfər barədə ölüm hökmü icra edilib. SİA yerli KİV-ə istinadla xəbər verir ki, təqsirləndirilən şəxslər Nəsiriyyə şəhər həbsxanasında asılaraq edam edilib. Edam prosesini Ədliyyə və Səhiyyə nazirliklərinin nümayəndələri müşahidə ediblər.

BMT-nin hesablamalarına görə, bu il İraqda 30 nəfər barədə ölüm hökmü icra edilib. Daha 800 dustaq isə hökmün icrasını gözləyir.