Trampın kiçik Kennediyə təklifi üzə çıxıb...

23 İyul 2024 00:45 (UTC+04:00)

...ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyə namizəd kiçik Robert Kennediyə qarşıdan gələn seçkilərdə dəstək qarşılığında onun administrasiyasında yüksək vəzifə təklif edib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu təklifi “The Washington Post” açıqlayıb.

Qeyd olunur ki, kiçik Kennediyə sağlamlıq və tibblə bağlı vəzifə təklif olunub. Namizəd prezidentlik uğrunda mübarizəni davam etdirmək qərarına gələrək təklifdən imtina edib.

...Mənimlə əlaqə saxladığı üçün prezident Trampa böyük hörmətim var. 18 ay ərzində Demokratik Milli Komitədən nə yüksək, nə də aşağı heç kim mənimlə əlaqə saxlamayıb. Əvəzində kampaniyamı pozmaq üçün milyonlar topladılar.

Bunu kiçik Robert Kennedi bildirib.

...Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin dosenti Kseniya Bondarenko hesab edir ki, Donald Tramp seçkilərdə qalib gələrsə, ondan Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qaldıracağını gözləmək lazım deyil.

Rusiyalı alimə görə, o, yenidən ticarət müharibələrinə başlayacaq.

Əli Babayev