Britaniyada göstərilən GCAP qırıcı konsepsiyası

22 İyul 2024 22:45 (UTC+04:00)

…Qlobal Döyüş Hava Proqramı (GCAP) çərçivəsində hazırlanmaqda olan yeni nəsil qırıcının konsepti Britaniyanın Farnboro aviasalonunda nümayiş etdirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Breaking Defence xəbər verir.

Təyyarə iki qanadlı şaquli quyruq və delta qanad alıb. Britaniyanın BAE Systems şirkəti bildirir ki, yeni dizayn aerodinamikanın yaxşılaşdırılması üçün qanadların genişliyini dəyişdirməyə imkan verəcək.

Qlobal Döyüş Hava Proqramı Britaniya, İtaliya və Yaponiyanın birgə layihəsidir. Qırıcının 2035-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Yeni təyyarə İtaliya və Britaniyanın Eurofighter Typhoon-u, eləcə də Yaponiyanın F-2-ni əvəz edə biləcək.

Əli Babayev