Mərakeşdə iyulun 24-də 46 dərəcə selsiyə qədər yüksələcəyi proqnozlaşdırılan temperaturla əlaqədar ictimaiyyətə diqqətli olmaq barədə məlumat yayılıb.
Mərakeş Meteorologiya İdarəsi ölkə ərazisində temperaturun 46 dərəcə selsiyə çata və təhlükə yarada biləcəyini nəzərə alaraq "həddindən artıq isti xəbərdarlığı" edib.
Aralıq dənizi iqliminə malik Şimali Afrika ölkəsi Mərakeş xüsusilə, son illər yay istilərinin artması ilə başlayan meşə yanğınları ilə mübarizə aparır.
Mərakeş ətraf mühit üzrə mütəxəssisi Cəlal əl-Mati son 50 ildə dünyada temperaturun artdığını xatırladaraq ölkədə temperaturun artması təhlükəsi ilə bağlı xəbərdarlıq edib. O, qlobal istiləşmə ilə yanaşı, quraqlıq təhlükəsi nəticəsində sel fəlakətinin tez-tez olduğunu bildirərək Mərakeşdə iqlim dəyişikliyinin qaçılmaz hala gəldiyinə və son 4 ildə meşə yanğınlarında ciddi artım olduğuna diqqət çəkib.