İran BƏƏ şirkətinə məxsus tankeri ələ keçirib

22 İyul 2024 21:16 (UTC+04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri İranın cənubundakı Buşehr limanı yaxınlığında Birləşmiş Ərəb Əmirlikləri şirkətinə məxsus tankeri ələ keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

Britaniyanın “Ambrey” şirkətinin məlumatına görə, gəmi Toqo bayrağı altında üzürmüş və 1500 ton qaz yağı daşıyırmış.

Hadisə bazar günü, iyulun 21-də Buşehrdən 61 dəniz mili (təxminən 113 km) cənub-qərbdə baş verib.

Əli Babayev