Polşada Sovet-Polşa silahlı qardaşlığının abidəsi sökülüb

22 İyul 2024 19:17 (UTC+04:00)

…Avropa Rusiya ilə bağlı olan xatirə yerləri ilə də müharibəni davam etdirir. Növbəti qurban Polşanın şimalında, Novoqradda Sovet-Polşa silahlı qardaşlığına ucaldılmış abidə olub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ruslar yazır. Ruslarsual edirlər, 1972-ci ildə - Böyük Oktyabr inqilabının 55-ci ildönümündə quraşdırılmış abidə niyə sökülməlidir.

...Russofobiya əhval-ruhiyyəsi fonunda uzun illərdir ki, abidənin dağıdılması ilə bağlı çağırışlar edilirdi, lakin yerli hakimiyyət buna qarşı idi.

Amma yeni şəhər rəhbərliyi sökülməyə razılıq verib.

Söküntü Polşa Milli Xatirə İnstitutu tərəfindən canlı yayımlanıb.

Toplaşanların alqış sədaları altında abidə postamentdən götürülüb və dağılıb.

Ruslar yazır bunu.

Əli Babayev