AFFA Pro kateqoriyalı kurs təşkil edəcək

22 İyul 2024 18:37 (UTC+04:00)

AFFA tərəfindən məşqçilər üçün UEFA-nın Pro kateqoriyalı lisenziya kursu təşkil olunacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, modullar şəklində keçiriləcək kurs bir mövsümü əhatə edəcək.

Kursa AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov rəhbərlik edəcək.

Qeyd edək ki, kurslara sentyabrın 15-dən etibarən başlanılacaq.