Azərbaycan-Bolqarıstan komissiyasının adı dəyişib

22 İyul 2024 16:01 (UTC+04:00)

Prezident İlham Əliyev 6 mart 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edib. SİA xəbər verir ki, yeni sərəncama əsasən, bundan sonra, Komissiya “İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası Komissiyası” adlanacaq.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Bolqarıstana müvafiq bildiriş göndərilməsi tapşırılıb.