Duman və tufana baxmayaraq Ağrı dağına qalxdıqdan sonra donaraq ölən iki alpinistin son görüntüləri ürək ağrıdıcı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağrı dağına zirvəni tamamlayan bir qrup alpinist qayıdış üçün yenidən hərəkətə keçəndən sonra 4600 metr məsafədə Dilek Gökbulak və Muhammed Halim Dalgının qrupda olmadığını görüb. 5-6 qrup halında edilən dırmaşma zamanı Dilek Gökbulak və Muhammed Halim Dalgının yönünü itirdiyi və azdığı aydın olub.
AFAD, UMKE və yerli bələdçilər tərəfindən aparılan axtarışlar zamanı donaraq öldüyü aşkarlanan 2 alpinistin cəsədi tapılıb. Bildirilib ki, alpinistlər yoxa çıxan gün qar yağıb, havanın temperaturu -30 dərəcə olub.