Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsi, 1 ünvanında bir neçə ağac kəsilib. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən SİA-ya verilən faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.