Bu gün, 22 iyul tarixində qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminar-müşavirə keçirilir. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova, Ali Məhkəmənin İnzibati Kolleksiyasının sədri Xəqani Məmmədov iştirak edirlər.
Açılış nitqlərinin ardınca Mərkəzi Seçki Komissiyası və Ali Məhkəmə təmsilçilərinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarında araşdırılması prinsipləri və xüsusiyyətləri”, “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraatın xüsusiyyətləri” mövzularında təqdimatları dinləniləcək.