“Kəpəz” albaniyalı futbolçunu heyətinə transfer edib

22 İyul 2024 03:40 (UTC+04:00)

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan SİA-ya verilən məlumata görə, Gəncə təmsilçisi albaniyalı Redon Mihananı transfer edib. 25 yaşlı legioner ilə 1+1 illik müqavilə bağlanılıb.

Yarımmüdafiənin hər iki cinahında oynaya bilən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır.

O, son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.