“Qarabağ”ın Cəbəllütariqə səfər planı bəlli oldu

21 İyul 2024 20:44 (UTC+04:00)

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq "Qarabağ" Cəbəllütariqə sabah yollanacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” səfərə çarter reysi ilə yola düşəcək. Komanda yerli vaxtla 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.