Bəs deyirdin,.. atadan, anadan yar şirin olur..?

21 İyul 2024 23:07 (UTC+04:00)

...Marina Borjemskaya ilə qalmaqallı şəkildə boşanan ukraynalı boksçu və fitnes məşqçisi Vyaçeslav Uzelkov keçmiş həyat yoldaşı haqqında yenidən sərt danışıb.

Deməli, Uzelkov anası ilə fotosunu yayımlayıb. Məlum olub ki, qadın ötən gün ad gününü qeyd edirmiş. Uzelkov anasını 75 illik yubileyi münasibətilə təbrik etməyə gedib.

Nədir məsələ?

SİA xəbər verir ki, son 20 ildə ukraynalı boksçu ansı ilə ünsiyyət qurmadığını deyir.

İddialara görə, buna səbəb Marina olub.

...Anamın doğum günüdür, 20 il, mən evli olduğum zaman onunla ünsiyyət qurmadım.

Boksçu bunu İnstaqramda yazıb.

O, indi anası ilə münasibətlərini bərpa edə bildiyini yazıb. ...Sevdiyiniz insanı başqası ilə əvəz etməyin!

Bunu da Uzelkov yazıb.

...Anaları heç vaxt unutma və onları başqa ailələrlə əvəz etmə. Ana həmişə səni gözləyir və həmişə sevəcək.

Uzelkov, deyəsən bunu kövrək hislərlə yazıb?

...Xatırladaq ki, Vyaçeslav Uzelkov və Marina Borjemskaya 20 ildən çox evlilikdən sonra 2018-ci ildə boşanıblar. Onların birgə nigahdan iki övladları var: Robert və Olivia.

Deyilənlərə görə, Uzelkov varislərin həyatında iştirak etmir.

Nazlı Almuradova